E-xidmətlər

 Qrant müqavilələrin (qərarların) qeydiyyata alınması ilə bağlı məlumat   

(İstifadəçi təlimatı)

Ərizəçi İqtisadiyyat Nazirliyinə qrant müqavilələrin (qərarların) qeydiyyata alınması ilə bağlı müraciət edir.

 Müraciətin forması:document_microsoft_word_01
      1. Ərizəyə müqavilələrin (qərarın) notarial qaydada təsdiq olunmuş surəti əlavə olunur.
      2. Ərizə və müqavilə  ümumi şöbəyə təqdim olunur.
      3. Ümumi şöbə ərizəni və müqaviləni Sahibkarlığın inkişafı siyasəti şöbəsinin icraatına verir.
      4. Sənədlərdə çatışmazlıqlar və uyğunsuzluqlar aşkar edilmədikdə ərizə və müqavilə (qərar) təqdim edildiyi andan bir həftə ərzində həmin müqavilə (qərar) qeydə alınır və bu barədə müraciət edən hüquqi şəxsə bildiriş verilir.
      5. Müqavilənin (qərarın) qeydiyyatı illər üzrə tərtib edilən qeydiyyat kitabında aparılır.
      6. Bildiriş imzalandıqdan sonra nazirliyin Ümumi şöbəsinə verilir.
      7. Ümumi şöbə tərəfindən bildiriş qeydiyyata alınır və ərizəçiyə verilir.
      8. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir.

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadiyyat Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version