E-xidmətlər

İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlər barədə məlumat

 

Xidmətin adı Xidmətin təsviri Xidmətin göstərilməsinin hüquqi əsası İnzibatı reqlament
Kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu Müvafiq sənədləri təqdim etməklə hüquqi şəxslərə verilən bildiriş əsasında qrandın istifadəsinə hüquq verən sənəddir “Qrant haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidentinin “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə” 2004-cü il 12 fevral tarixli, 27 nömrəli Fərmanı

document_microsoft_word_01

 
Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu Sifariş əsasında malların ixracı zamanı gömrük rəsmiləşdirilməsini həyata keçirmək üçün malın mənşə ölkəsini təsdiq edən sertifikatın alınması məqsədilə müvafiq ekspertizalar keçirilir və nəticələri əsasında mənşə sertifikatı verilir Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 mart tarixli 717 nömrəli və 2009-cu il 25 dekabr tarixli 203 nömrəli fərmanlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2011-ci il 408 nömrəli fərmanı və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Malın mənşə ölkəsinin təyin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 29 noyabr 2007-ci il, 190 nömrəli Qərarı

document_microsoft_word_01

 
İxrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən keyfiyyət sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu Sifariş əsasında yeyinti məhsullarının Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixracı zamanı məhsul partiyasından götürülmüş nümunənin laborator müayinələrinin nəticələri əsasında müvafiq keyfiyyət və təhlükəsizlik göstəriciləri standartların və digər normativ sənədlərin tələblərinə cavab verdiyi təqdirdə, məhsul partiyasına keyfiyyət sertifikatı verilir “Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə balıq və digər dəniz məhsullarının ixracının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 aprel 2005-ci il tarixli, 218 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 12 may 2006-cı il tarixli, 403 nömrəli Fərmanı və “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi qaydasının və sertifikatların nümunəsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2005-ci il tarixli 135 №li Qərarı

document_microsoft_word_01

 
Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu Sifariş əsasında Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrinə təsdiqedici kod nömrəsi verilir

“Azərbaycan Respublikasından Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.04.2005-ci il tarixli, 218 nömrəli Fərmanının 1-ci hissəsi;
Azərbaycan Respublikası Prezidentinin 25.12.2009-cu il tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 9.34-cü bəndi;
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli, 429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.10.2012-ci il tarixli, 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 6.6-cı bəndi.

document_microsoft_word_01

 
    İnzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi
Elektron xidmətin məzmunu: qrant alınması (verilməsi),  antiinhisar, reklam və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən  tətbiq edilən inzibati cərimələrin və maliyyə sanksiyalarının dövlət büdcəsinə elektron ödənilməsini  təmin edir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 68-5-ci, 221.3-cü, 221.4-cü, 223-1.1-ci, 224-cü, 225-ci, 226-cı, 227-ci, 228.0.2-ci, 228.0.3-cü, 228.0.4-cü, 228.0.5-ci, 228.0.7-ci, 228.0.13-cü, 231-ci, 231-1-ci və 323.2-ci maddələri;
“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasın Qanununun 17-ci və 18-ci maddələri;
“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci, 11-ci və 12-ci maddələri;
“Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi;
“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsi;
“Qrant haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsi;
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 29.08.2000-ci il tarixli, 389 nömrəli Fərmanının 2.26-cı, 3.28-ci, 3.36-cı, 3.40-cı və 3.70-ci bəndləri;
“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 02.12.1997-ci il tarixli, 647 nömrəli Fərmanının 2-ci hissəsi;
“Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq olunmasını təmin edən əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 02.03.2001-ci il tarixli, 446 nömrəli Fərmanı;
Azərbaycan Respublikası Prezidentinin 28.12.2006-cı il tarixli, 504 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”;
Azərbaycan Respublikası Prezidentinin 25.12.2009-cu il tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”;
Azərbaycan Respublikasının Prezidentinin “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə” 2004-cü il 12 fevral tarixli, 27 nömrəli Fərmanı;
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli, 429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.10.2012-ci il tarixli, 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 6.7-ci bəndi;

document_microsoft_word_01

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadiyyat Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version